Millimizin sabiq üzvü Almaniya həvəskarlar liqasında


İdman 29 Sen 2018 11:28:00 241 0

Millimizin sabiq üzvü Almaniya həvəskarlar liqasında

Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyada həvəskarlar liqasında çıxış edəcək.

Goal.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı sağ cinah müdafiəçisi Oberliqada (5-ci divizion) mübarizə aparan “Ştralen” klubla birillik razılıq əldə edib.

Futbolçunun son klubu II Bundesliqada çıxış edən “Duysburq” olub.

Qeyd edək ki, Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb.