Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


Digərləri 29 Sen 2018 10:49:00 230 0

Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Qətl törətməkdə təqsirləndirilən Rahib Banayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 3-nə təyin edilib.

Şikayət hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi, ev 67 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaş, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.