Topaz Premyer Liqasında VI tura start veriləcək


İdman 29 Sen 2018 10:38:00 272 0

Topaz Premyer Liqasında VI tura start veriləcək

Bu gün futbol üzrə Topaz Premyer Liqasında VI tura start veriləcək.

Topaz xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı "Bakcell Areana"da baş tutacaq. Turnir cədvəlinin iki liderindən biri olan "Neftçi" "Səbail"i qəbul edəcək. Bu komandalar indiyədək çempionat oyunlarında 4 dəfə üz-üzə gəliblər. Yalnız ötən mövsüm qarşılaşan paytaxt təmsilçilərinin son 3 oyununda “Neftçi” qalib gəlib. “Ağ-qaralar” ev matçlarında 2 top fərqi ilə qələbə qazanıb. Topların fərqində də flaqmanın üstünlüyü var - 9:2 .

"Neftçi" ilə eyni xala malik olan "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşacq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər.

Turun digər iki matçı isə sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə" ilə münasibətlərə aydınlıq gətirəcək. VI tura "Bayıl Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı ilə yekun vurulacaq. 

Topaz Premyer Liqası, VI tur

29 sentyabr (şənbə)

18:55. “Neftçi” – “Səbail"

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bakcell Arena”

20:50. “Sabah” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Əlincə Arena”