"Ailəlikcə utandıq. Zaur məbləği kimə istəyir versin"


Şou-biznes 29 Sen 2018 09:44:00 226 0

"Ailəlikcə utandıq. Zaur məbləği kimə istəyir versin"

Əməkdar artist Tünzalə Əliyeva bir neçə gündür ünvanına yazılan təhqirlərdən danışıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişə gələn aktrisa hətta təngə gələrək, onun üçün yığılan puldan imtina etmək istədiyini də bildirib:

"Fikirləşdim ki, görəsən, mən tamaşaçılara bu qədərmi özümü yaxşı tanıta bilmədim? Görəsən, harada səhv elədim ki, mənə bunları yazdılar? Evdə də çox dedik. Bəlkə, çəkilim bu yoldan. Ailəmiz, sambalımız. Ailəlikcə utandıq. Düşündüm, geri çəkilsəm, daha yaxşıdır. O məbləği də Zaur kimə istəyir versin. Amma sonra yol boyu bura gələ-gələ fikirləşdim ki, 10 nəfər saxta profil açıb mənim haqqımda neqativ sözlər yazırsa, onlar mənim tamaşaçım ola bilməzlər".