Moldovadan Rusiyaya çağırış:


Dünya 29 Sen 2018 09:04:00 237 0

Moldovadan Rusiyaya çağırış:

Moldovanın baş naziri Rusiyanı qoşunlarını onun ərazilərindən çıxarmağa çağırıb.

Son.az Report-a istinadən xəbər verir ki, baş nazir Pavel Filip bu çağırışı BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı edib.

Rusiya silahlı qüvvələrinin Moldova ərazisində mövcudluğunu pisləyən baş nazir, cari ilin iyun ayında BMT Baş Assambleyasının bütün xarici silahlı qüvvələrin Moldova ərazisindən çıxarılması barədə qəbul etdiyi qətnaməni xatırladıb.

Pavel Filip bildirib ki, Rusiya əvvəlki kimi Dnestryanı bölgəsində konstitusiyaya əsaslanmayan hərbiləşdirilmiş hakimiyyət strukturu birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirir. O, Moskvaya öz silahlı qüvvələrini Moldva ərazisindən çıxarmağa dair üzərinə götürdüyü öhdəlikləri xatırladıb.