Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 29 Sen 2018 09:00:52 182 0

Çaylarda suyun səviyyəsi dəyişib

Respublika çaylarında sululuq səviyyəsi açıqlanıb.

Bakı. Respublika çaylarında sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 70-80, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 83 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 17 m3/s təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.