Meksikalı balerina Bakıda çıxış edib FOTO


Digərləri 29 Sen 2018 08:58:00 222 0

Meksikalı balerina Bakıda çıxış edib  FOTO

Tanınmış meksikalı prima-balerina, beynəlxalq səviyyədə dünyanın ən yaxşı kastanyet ifaçısı kimi tanınan Sonia Amelio, Bakıda çıxış edib. Sonia Amelionun konserti Meksikanın ölkəmizdəki Səfirliyinin təşkilatı dəstəyi ilə sentyabrın 28-də baş tutub. Azərbaycan tamaşaçısı Bakıya ikincə dəfə səfər edən şöhrətli balerinanı isti qarşılayıb.

Altı yaşından pianoda ifa etməyi və baleti öyrənməyi başlayan Sonia klassik və ənənəvi ispan rəqsləri üzrə, eləcə də Latın Amerika baleti üzrə dərs alıb. Amelio Şopen və List kimi bəstəkarların əsərlərini müşayiət etmək üçün kastanyetlərdə mahir ifanı inkişaf etdirib və müxtəlif ölkələrin orkestrləri ilə çıxış etmək üçün dəvət alıb. Həmçinin, Betxoven və Paqanini kimi romantik əsrin bəstəkarlarının əsərlərini müşayiət etmək üçün rəqs nömrələrini qurub.


Xəbərə aid fotolar