Xiaomi "ağıllı" düyməli telefon təqdim etdi


Digərləri 29 Sen 2018 08:59:00 271 0

Xiaomi "ağıllı" düyməli telefon təqdim etdi

"Xiaomi" şirkəti "Qin AI Phone" adlı sadə düyməli telefonunu təqdim edib. Əslində, telefon bir o qədər sadə deyil: yalnız səsli əmrlərlə idarəetməni deyil, həm də sinxron tərcüməçi funksiyasını yerinə yetirən "Xiao" adlı süni intellekt sistemi ilə təchiz edilib.   Son.az ICTnews-a istinadən bildirir ki, ötən ay "Xiaomi" şirkəti sözügedən telefon üçün öz platformasında pul toplayıb və  indi telefon satışa çıxarılıb.   54 dollarlıq telefon boz, ağ, qırmızı və sarı rənglərdə əlçatandır. Telefon 240x320 piksel təsvir ölçülü IPS displey və "Corning Gorilla" qoruyucu şüşəsi ilə təchiz edilib. Telefonu məişət texnikası üçün infraqırmızı pult kimi istifadə etmək olar. Həmçinin "4G" və "Wi-Fi" dəstəklənir, stereo səs, internet-radio mövcuddur və "bulud" saxlanc sistemində ehtiyat surət yaradılır.