Haker hücumlarında yeni strategiyalar tətbiq edilir


Digərləri 29 Sen 2018 08:35:00 226 0

Haker hücumlarında yeni strategiyalar tətbiq edilir

İnformasiya təhlükəsizliyinin təmini üçün "Fortinet" həllər istehsalçısı kibertəhdidlər üzrə tədqiqatın nəticələrini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, kibercinayətkarlar boşluqlarla iş üzrə daha bacarıqlı strategiya tətbiq edir və daha operativ fəaliyyət göstərirlər.

Qeyd olunur ki, heç bir şirkət kibertəhdidlərdən tam sığortalanmayıb. Təşkilatların təxminən hamısı (96 faiz) azı bir dəfə ciddi kiberproblemlərlə rastlaşıb.

Biznes nümayəndələrinin təqribən dörddə bir hissəsi "cryptojacking" üçün nəzərdə tutulan zərərli proqram təminatı ilə üzləşib. Korporativ şəbəkələrin 10 faizinə hücumlar üçün 6 zərərli proqram növündən istifadə olunub. Bundan başqa, ötən rübdə "FortiGuard Labs" şöbəsi tərəfindən 30 yeni "sıfır günü" (Zero Day) boşluğu aşkar edilib.