iPhone Xs Max'ın maya dəyəri nə qədərdir?


Digərləri 29 Sen 2018 08:01:00 267 0

iPhone Xs Max'ın maya dəyəri nə qədərdir?

iPhone Xs Max modeli nəinki flaqman özəllikləri özündə birləşdirdi, həmdə keçən ilki 999$ qiymət göstəricisini də keçdi. Belə ki, versiyasından asılı olaraq iPhone Xs Max modelini almaq istəyən hər hansı bir şəxs 1099-1499$ ödəməlidir. TechInsights saytının mütəxəssisləri iPhone Xs Max modelinin daxili komponent qiymətlərini araşdırmaqla smartfonun əsl qiymətini öyrənməyə çalışıblar. Qeyd etmək lazımdır ki, alıcılar arasında bu modelin ən məşhur versiyası məhz 256 GB daxili yaddaşa sahib olanıdır.

Son.az technote.az-a istinadən bildirir ki, mütəxəssislərin hesablamalarına əsasən bir belə cihazın istehsalına Apple şirkəti 443$ xərcləyir. Keçən ilki iPhone X ilə müqayisədə yeni model 50$ bahalaşıb. Mütəxəssislərin fikrincə Xs Max modelinin ən bahalı komponenti məhz OLED ekranıdır. Onun qiyməti 80.5$ təşkil edir. Apple A12 Bionic prosessoru da daxil olmaqla mikrosxem hissələrinin yığılması 72$-a başa gəlir. 256 GB daxili yaddaşın istehsalına 64$, şüşədən olan korpusun istehsalına 58$, hər bir kamera komplektinə isə 44$ xərclənir.