Google etiraf etdi


Digərləri 29 Sen 2018 07:51:00 218 0

Google etiraf etdi

Google nümayəndələri istifadəçi məlumatlarının kənar proqram istehsalçılarına əlçatan olduğunu təsdiq ediblər.

Son.az technote.az-a istinadən bildirir ki, Gmail-də müxtəlif poçt və reklam genişlənmələri istifadəçilər haqqında informasiya toplayırlar. Google-ın məxfilik siyasətinə uyğun olaraq, bu firmalar informasiyanın toplanması və emalı haqqında istifadəçiləri məlumatlandırmalıdır.

Technote.az bildirir ki, ABŞ hakimiyyəti aydınlaşdırıb ki, bütün istehsalçılar istifadəçilərə onların yazışmalarını oxuduqlarını və ya məlumatı üçüncü şəxslərə ötürdüklərini bildirmirlər.

Hüquqşünaslar İT-nəhəngdən qaydaları pozan şirkətlərin siyahısını tələb ediblər.  Məlumata görə, 26 sentyabrda dinləmələr zamanı bu məsələnin aydınlaşdırılması planlaşdırılır.