Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər ölüb


Dünya 29 Sen 2018 07:43:00 195 0

Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər ölüb

Cümə günü Nigeriyanın Plato ştatının paytaxtı Cos şəhərində baş verən silahlı hücum nəticəsində 18 nəfər ölüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə mənbəyə istinadən yerli "Nigerian Tribune" qəzeti yazıb.

Nəşrin məlumatına görə, naməlum silahlı şəxslər cümə axşamı axşam insanlara nizamsız atəş açıblar. Onlar hadisə yerində 14 nəfəri öldürüblər, daha 4 nəfər xəstəxanalarda keçinib.