Facebook etiraf etdi: İstifadəçilərin


Digərləri 29 Sen 2018 07:31:00 220 0

Facebook etiraf etdi: İstifadəçilərin

Prinston və Bostonun Şimal-Şərq Universitetlərinin tədqiqatçıları aşkar ediblər ki, Facebook şirkəti reklam verənlərə istifadəçilərin açıq şəkildə təqdim etmədikləri özəl məlumatları ötürür. Alimlər öyrəniblər ki, şirkət istifadəçinin öz Facebook hesabının təhlükəsizliyi üçün təqdim etdiyi telefon nömrəsi üzrə istifadəçiyə reklam elanlarını təqdim edir. Qeyd etmək lazımdır ki, istifadəçi öz telefon nömrəsini şirkətə ikifaktorlu autentifikasiya və ya hesabına kənar cihazlardan daxil olunması ehtimalları üçün təqdim edir.

Son.az technote.az-a istinadən bildirir ki, Facebook təmsilçisi təsdiq edib ki, şirkət istifadəçi tərəfindən öz hesabının təhlükəsizliyi üçün təqdim etdiyi telefon nömrəsindən daha dəqiq reklam targetingi üçün istifadə edir. Facebook təmsilçisi həmçinin qeyd edib ki, bu ilin May ayında şirkət telefon nömrəsindən istifadə etməyərək ikifaktorlu autentifikasiya özəlliyindən istifadə funksiyasını əlavə etmişdi. Bu halda Facebook hesabına daxil olmaq üçün nəzərdə tutulmuş şifrələr kənar tətbiqlər (Google Authenticator və ya Duo Mobile) sayəsində generasiya olunurlar.