Nəsimi Festivalı çərçivəsində Rain Sultanov və İsfar Sarabskinin təqdimatında “Silsilə”


Digərləri 29 Sen 2018 07:36:00 215 0

Nəsimi Festivalı çərçivəsində Rain Sultanov və İsfar Sarabskinin təqdimatında “Silsilə”

Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycanın Əməkdar artistləri Rain Sultanov və İsfar Sarabski yeni musiqi layihəsi təqdim ediblər.

"Silsilə" ("Cycle") adlı layihə mənəvi və əbədi dəyərləri tərənnüm edir.

Gecədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edib. Kamilliyin zirvəsinə səsləyən musiqi ifaçıları pak və ali hisslər rəmzinə çevrilmiş orqan alətinə müraciət etməyə yönəldib. Layihəni təşkil edən "Planet", "Simbioz", "Ruh qayıdışı", "Sükut" və başqa pyeslər fəlsəfi üfüqlərə işarət edir.