Avropa Fəza Agentliyinin kosmik gəmisi Günəşə yaxınlaşacaq


Digərləri 29 Sen 2018 07:11:00 241 0

Avropa Fəza Agentliyinin kosmik gəmisi Günəşə yaxınlaşacaq

Avropa Fəza Agentliyinin tədqiqatçıları tarixi səfərə hazırlaşır. Onlar deyir ki, istiyə qarşı davamlı olmaq üçün hazırlanan Solar Orbiter kosmik gəmisi Günəşə daha öncə olmadığı qədər yaxın məsafəyə səfər edəcək. Bu isə alimlərə günəş qasırğalarının necə formalaşdığını araşdırmağa imkan yaradacaq.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Avropa Fəza Agentliyinin alimləri Günəşlə bağlı daha öncə görülməmiş araşdırma aparmaq üçün Solar Orbiteri missiyaya hazırlayır.

"Biz ilk dəfə Günəşə bu qədər yaxın məsafəyə səyahət edəcəyik, çoxlu şəkillər çəkəcəyik və Günəşin özü və Günəşdən çıxan günəş küləyi barədə çox sayda maraqlı məlumat toplayacağıq"- deyə, layihənin alimi Daniel Muller bildirir.

Kosmik gəmi Günəşə 43 milyon kilometrlik məsafəyə yaxınlaşmaq üçün 3 il səyahət edəcək və orada Yer kürəsi ilə müqayisədə 13 dəfə daha çox Günəş işığına məruz qalacaq.