Feysbuk 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb


Digərləri 29 Sen 2018 06:22:00 206 0

Feysbuk 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb

Texniki boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb

Bakı. Tural Turan - Feysbuk şirkəti 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb. Trend-in məlumatına görə, texniki boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb. Lakin, hücum olunan profillərdəki məlumatların başqa məqsədlər üçün istifadə edilib-edilmədiyi hələki məlum deyil.