Qaraciyərin təmizlənməsi üsulları


Digərləri 28 Sen 2018 23:16:00 451 0

Qaraciyərin təmizlənməsi üsulları

Qaraciyər insan orqanizmində ən vacib rolu olan orqandır və o, 500-dən artıq funksiyanı yerinə yetirir. Bu funksiyaların ən əsası isə orqanizmə daxil olan qida, su və havanı zərərli maddələrdən təmizlənməsini təmin etməkdir.

Son.az bildirir ki, fitoterapevt Ulduz Hüseynova AZƏRTAC-a müsahibəsində qaraciyərin təmizlənməsi üçün istifadə edilən bəzi sadə xalq təbabəti üsulları barədə məlumat verib.

Bildirilib ki, 200 qram yerkökü, 50 qram cəfəri və 150 qram kərəviz şirəsi çəkilərək qarışdırılır, hər səhər qəbul edilir və bu prosedur bir ay aparılır. Yarım stəkan pomidor şirəsi yarım stəkan kələm şirəsi ilə qarışdırılır. Hazır məhlul gündə üç dəfə yeməkdən sonra olmaqla iki həftə qəbul edilir.