Özü balacadır, faydası böyük


Digərləri 28 Sen 2018 23:01:00 247 0

Özü balacadır, faydası böyük

Sumax tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Bitki olduqca güclü mikrob, iltihab və göbələk əleyhinə təsirə malikdir.

Son.az axşam.az-a istinadən bildirir ki, sizə sumağın 10 faydasını təqdim edir:

1. Bu ədviyyat artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır - iltihabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Həmçinin ədviyyat xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur.

2. Soyuqdəymə zamanı 1 çimdik sumağı 1 fincan isti suda dəmləyin, bir qədər soyuyanda bal əlavə edin və için. Bu çox effektli iltihabəleyhinə və hərarət salan vasitədir.

3. Sumax ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında çox effektlidir.

4. Sumağın xərçəng əleyhinə təsiri var.

5. Sumağın sidikqovucu və iltihabəleyhinə xüsusiyyətləri onu sidik ifrazı sistemi iltihabları zamanı çox faydalı edir.