Məktəblilər maraqlı yolla təhsilə həvəsləndirilir VİDEO


Digərləri 28 Sen 2018 22:47:00 247 0

Məktəblilər maraqlı yolla təhsilə həvəsləndirilir  VİDEO

"Rəqəmlər yüksəlişdən xəbər verir. Sizinlə fəxr edirik". Son.az bildirir ki, Şəkinin mərkəzi meydanında - Məhəmməd Əmin Rəsulzadə prospektindəki Nakam adına mərkəzi kitabxananın bir divarını bu il ali məktəbə daxil olan şagirdlərin şəkilləri bəzəyir. Bannerdə 600 baldan yuxarı nəticə göstərən şagirdlərin ad və soyadları, həmçinin təhsil aldıqları müəssisələr qeyd olunub.

Şəki şəhər təhsil Şöbəsi tərəfindən aparılan buaktiv təbliğat şagirdlərdə yüksək nəticələr üçün stimul yaradır.

Şəki məktəbliləri bannerin qarşısında şəkil çəkdirir, növbəti illərdə öz şəkillərini də burda görmək üçün dərslərini daha yaxşı oxuyacaqlarını deyirlər. Xüsusiləbuilki 11-cilər hər dəfə bubannerin olduğu küçədən keçəndəqəbul imtahanlarında daha yüksək nəticələr toplamağa köklənirlər.

Belə aktiv təbliğat nəinki şagirdlərdə, eləcə də valideynlərdə xoş təəssüratyaradır.