Az pulla səyahətə gedə biləcəyiniz 10 ölkə


Digərləri 28 Sen 2018 22:26:00 276 0

Az pulla səyahətə gedə biləcəyiniz 10 ölkə

Dünyanın ən ucuz və gözəl ölkələrinin adı açıqlanıb. 

Son.az axşam.az-a istinadən həmin ölkələri təqdim edirik:

1. İndoneziya - yaşamaq üçün çox rahat ölkədir. Burada yeməklərin qiyməti 1 dollardan belə ucuzdur. Ölkədə ayda 150 dollar xərcləməklə rahat yaşamaq olar. 

2. Kamboca -  az məbləğdə pulla səyahət edə biləcəyiniz yerlərdəndir. Burada 5 dollara balıqçılar tutduqları təzə dəniz məhsullarından sizə istədiyiniz yeməyi bişirə bilərlər. Dəniz məhsulları  1-2 dollar dəyərindədir.  

3. Vyetnam -  özünün geniş ərazini əhatə edən tropik meşələri ilə məşhurdur. Bu ölkə həmçinin dalğıcların sevimli məkanlarındandır. Vyetnamda aylığı 150-200 dollara ev tapmaq olar. 

4. Laos - Çənub-Şərqi Asiyada yerləşir. Özünün dağları, buddist monastrları və çayları ilə məşhurdur. Gündəlik yemək xərciniz 1-5 dollar arası təşkil edə bilər.  

5. Tailand - turistlər arasında məşhur yer olsa da, digər Asiya ölkələrində qiymətlər bir qədər bahadır. Evlərin aylıq kirayə haqqı 160-320 dollar arasında dəyişir. Yeməkləri isə 1-3 dollara sifariş vermək olar.  Motosiklet icarəyə götürmək istəsəniz, bu, aya sizə 63-80 dollara başa gələcək.