1 dollara reklam imkanı yaradan sahənin menecerləri Araşdırma


Digərləri 28 Sen 2018 22:29:00 268 0

1 dollara reklam imkanı yaradan sahənin menecerləri  Araşdırma

SMM-in əsas işi alqoritmlərlə doğru işləyib, doğru hədəf kütləni seçməkdir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Sosial media menecerliyi sahəsinə marağım 2013-cü ildən yaranıb. Hələ 3-cü kursda oxuyarkən feysbukda bir neçə səhifəni idarə edirdim. Düzdür, həmin dövrdə sosial media menecerliyi ifadəsi yox idi. Adi səhifə admini adlandırılırdı. Amma artıq ötən illər ərzində bu işin həm strukturu, həm də adı dəyişib. Ətrafımda kifayət qədər tanışım var ki, bu işlə bağlı mənə sual verir və bu sahəyə gəlmək istədiyini deyir". Bu sözləri bizimlə söhbətində hazırda 13 səhifənin sosial media meneceri olan Mehdi Qəniyev deyir.

M.Qəniyevin sözlərinə görə son dövrlər gənclərin bu sahəyə maraq göstərməsinin ən böyük səbəbi onların iş elanları arasında ən çox "Sosial Media Meneceri axtarılır" ifadəsinə rast gəlmələridir. Əslində, bu fikirlə razılaşmamaq olmaz. Həqiqətən də əmək bazarına baxanda bu sahə üzrə mütəxəssisin daha çox tələb olunduğunu görürük. Ona görə biz də bu dəfə Sosial Media Menecerliyi (SMM) ilə bağlı araşdırma etdik.    Bizim şirkətlər sosial media ilə bağlı bütün işləri SMM-ə yükləyirlər   "Technol" şirkətinin marketinq direktoru Pərviz Əzimov qeyd edir ki, SMM-in işi şirkətin ümumi marketinq strategiyasını sosial mediaya tətbiq etməkdir:  "2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra yeni peşələrin strukturunu və iş prinsipini hazırlayırdı. SMM vəzifəsi də onlar arasında idi. İşçi qrupun tərkibində mən də var idim. Həmin layihədə hazırladığımız iş prinsipinə görə SMM bu gün Azərbaycan şirkətlərinin gördüyü SMM-dən çox fərqlidir. Əslində, SMM şirkətin sosial media hesablarını idarə edən şəxsdir. Bizim şirkətlər isə sosial media ilə bağlı bütün işləri SMM-ə yükləyirlər. Məsələn, "mətni də sən fikirləş, dizaynları da sən et, izləyicilərin müraciətlərini də sən cavablandır" deyirlər. Amma əslində isə, SMM-in işi şirkətin ümumi marketinq strategiyasını sosial mediaya tətbiq etməkdir. Bunun üçün də ilk növbədə şirkətin ümumi marketinq strategiyası olmalıdır. Daha sonra sosial media ilə bağlı plan nədirsə, o tətbiq olunmalıdır. Bundan başqa, SMM mövcud strategiya üzrə mətn yazana, dizaynerə tapşırıqlar verməli, şirkətin sosial mediada müştəri ilə əlaqələrin idarə olunması işini koordinasiya etməlidir. Təhsil məsələsinə gəlincə isə, SMM yeni sahə olduğu üçün əksər təhsil müəssisələrində bu ixtisas tədris olunmur. Buna görə də SMM-in konkret hansı sahədə təhsil alması nəzərdə tutulmayıb. Ancaq birmənalı olaraq marketinq kommunikasiyanı ilkin səviyyədə də olsa bilməlidir".


Xəbərə aid fotolar