Nazir pensiyalardan danışdı: Gələn ildən… VİDEO


Digərləri 28 Sen 2018 22:11:00 215 0

Nazir pensiyalardan danışdı: Gələn ildən…  VİDEO

Gələn ildən pensiya təyinatının tam avtomatlaşdırılması nəzərdə tutulur. Son.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Mövcud qanunvericiliyə görə, işləyən pensiyaçılar altı ildən sonra işlədikləri dövr üzrə sosial sığorta haqlarını almaq üçün müvafiq quruma şəxsən müraciət etməlidirlər. Nazir qeyd edib ki, elektronlaşma işləri tam başa çatdıqdan sonra pensiyaçının şəxsən müraciət etməsinə ehtiyac qalmayacaq, sistem avtomatik qaydada 6 ildə yığılan məbləği hesablayıb əsas pensiyaya əlavə edəcək.

Sahil Babayev onu da qeyd edib ki, müraciət formasından asılı olmayaraq, əmək və əhalinin sosial müdafiəsi nazirliyinə edilən bütün müraciətlərə baxılır. Hətta sosial şəbəkələrdə yayılan paylaşımlar da diqqətdən kənar qalmır.

Nazir əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmaların davam etdiyini də deyib. Onun sözlərinə görə, saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. /xezerxeber.az