Bakıda kameralar mindən artıq texniki baxışdan keçməyən avtomobil aşkar edib


Digərləri 28 Sen 2018 22:05:00 257 0

Bakıda kameralar mindən artıq texniki baxışdan keçməyən avtomobil aşkar edib

Bakı şəhərində təyin edilmiş müddət ərzində avtomobilini texniki baxışdan keçirməyən mindən artıq sürücü ilə bağlı elektron qaydada inzibati protokol tərtib edilib.

Son.az bildirir ki, bu barədə özəl olaraq Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.