Yeni tikinti sakinləri narahat edir və təhlükə yaradır VİDEO


Digərləri 28 Sen 2018 21:32:00 230 0

Yeni tikinti sakinləri narahat edir və təhlükə yaradır  VİDEO

Bina inşa edilməsi üçün qazılan dərin özül su ilə doludur. Üstəlik yaxınlıqda qaldırıcı kran işləyir və sakinlər iddia edir ki, torpaq yuyulduğundan kranın aşma ehtimalı var.

Son.az bildirir ki, görüntülər paytaxtın Xətai rayonu Zığ yolu 5v ünvanında yerləşən binanın qarşısındandır. Sakinlərinə sözlərinə görə bir neçə binanın əhatəsində olan boş ərazidə yeni bina tikintisi başlayandan bəri onlar problemlə qarşılaşıblar.

Sakinlər bildirir ki, hazırda özülün içi su ilə dolduğundan yaxınlıqında olan qaraj və qaldırıcı kranın da altındakı torpaq qatı yuyulur.

Xətai rayon icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanovun verdiyi məlumta görə, ərazidə tikintinin aparılması üçün bütün rəsmi icazələr alınıb, yaranan problemlərdən xəbərdardılar və artıq suyun verişi təmin edilib, digər zəruri tədbirlər də icra edilir.