BDU-nun alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər


Digərləri 28 Sen 2018 20:34:00 201 0

BDU-nun alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər

Praqa şəhərində “Yeni Avropa: yeni məktəb və yeni tərbiyə” mövzusunda konfrans keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova və həmin kafedranın dosenti Gülarə Kərimova 19-22 sentyabr tarixlərində Çexiyada beynəlxalq konfransda iştirak ediblər. Universitetdən Trend-ə verilən məlumata görə, Praqa şəhərində “Yeni Avropa: yeni məktəb və yeni tərbiyə” mövzusunda keçirilən konfransın açılış mərasimi Senatın binasında, bölmə iclasları isə Çex pedaqoqu Yan Amos Komenski Muzeyində baş tutub.