Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi


Digərləri 28 Sen 2018 20:20:00 254 0

Evli qadın sevgilisi ilə birgə taksi çağırdı, əri gəldi

Kolumbiyada evli qadın və onun sevgilisi "Uber" taksisi sifariş verib, sürücünün qadının əri olduğunu gördükdə təlaşa düşüblər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "El Espectador" nəşri yazır.

Nəşrin məlumatına əsasən, Eymi adlı qadın və onun sevgilisi Xesus Barrios bir ildən çox öz münasibətlərini gizlədiblər.

Çərşənbə axşamı Eymi və Xesus Santa-Marta şəhərində görüşüblər və yerli motellərdən birinə gediblər.

Cütlük bilməyib ki, Eyminin əri dostunun avtomobilini götürüb və sonuncunun "Uber"də sürücü hesabından istifadə edib. Sevgililər sürücünün Leonardo adlı şəxs olduğu barədə bildiriş alıblar, və onun əvəzinə Eyminin ərini görəndə çox təəccübləniblər.