“Məhəllə 3” filminin ÇƏKİLİŞLƏRİ BAŞLADI:


Digərləri 28 Sen 2018 19:44:00 228 0

“Məhəllə 3” filminin ÇƏKİLİŞLƏRİ BAŞLADI:

Qurluşçu rejissoru Ramiz Fətəliyev, ssenari çüəllifi isə Tahir İmanova aid olan "Məhəllə" filminin 3-cü hissəsi çəkilir.

Son.az xəbər verir ki, bu barədə aktyor Ələkbər Əliyev məlumat verib. O bildirib ki, filmin çəkilişlərinin birinci günü artıq başa çatıb. Ə.Əliyevin sözlərinə görə, filmin ssenari müəllifi və rejissoru, həmçinin iştirak edən aktyor heyətinin adları hələlik açıqlanmır. Bu barədə gələn ay məlumat veriləcək.

Əldə etdiyimiz məlumata əsasən, "Məhəllə 3"də Rafael, Coşqun, Kübra Əliyeva, İlham Qasımov, eləcə də ssenarist olaraq Müşfiq Abbasov heyətdə yoxdur. Əməkdar artist Dilarə Əliyeva isə ekran işində yer alacaq.