Birinci divizionda 5-ci tura yekun vuruldu


İdman 28 Sen 2018 18:21:00 287 0

Birinci divizionda 5-ci tura yekun vuruldu

Futbol üzrə Azərbaycan birinci divizionunda 5-ci turun oyunları keçirilib. Goal.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub. İtkisiz irəliləyən “Sumqayıt-2” bu dəfə “Qarabağ”ın əvəzedicilərini darmadağın edib.

“Sabah” evdə “Keşlə”yə, “Neftçi” isə “Zirə”yə qalib gəlib. Son oyun günündə "Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan"ı 4 cavabsız qolla üstələyib. "Turan Tovuz" - "Zaqatala" oyununda qalib müəyyənləşməyib. MOİK səfərdə "Şüvəlan"a minimal hesabla qalib gəlib. "Səbail"in əvəzediciləri isə "Ağsu" üzərində qələbəyə sevinib.

Birinci divizion, 5-ci tur27 sentyabr

Sabah-2 - Keşlə-2 2:1

Qol: Zahid Mərdanov, 45. Tural Qürbətov, 72 – Əsəd Məsimov, 48.

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Roman Vasilyev, Kamal Umudlu

Hakim-inspektor: Nemət Mahmudov

AFFA nümayəndəsi: Samir Kərəmov

Binə qəsəbə stadionu

Zirə-2 - Neftçi-2 1:2

Qol: Ülvi İbrahimov, 21 – Elnur Süleymanov, 45; 79.

Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Murad Kərimov, Nicat İsmayıllı 

Hakim-inspektor: Əlibala Ələsgərov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Bakı. “AZAL Arena”

Sumqayıt-2 - Qarabağ-2 3:0

Qol: Murad Xaçayev, 28. Əli Əliyev, 34. Elvin Nəsibov, 71.

Hakimlər: Nail Nağıyev, Eyyub İbrahimov, Elman Musayev, Vüsal Əliyev

Hakim-inspektor: Akif Əliyev

AFFA nümayəndəsi: Yavər Rəhimov 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

28 sentyabr

Kəpəz - Qaradağ Lökbatan 4:0
Qol
: Qol: Elgün Orucov, 14; 86. Elcan Kərimov, 38. Dieqo Souza, 48.

Hakimlər: Kərim Kərimov, Aydın Bəxşiyev, Habil Əliyev, Emin Nağıbəyov

Hakim-inspektor: Rüfət Hüseynov

AFFA nümayəndəsi: Qabil Nərimanov 

Gəncə şəhər stadionu

Turan Tovuz - Zaqatala 1:1
Qol
: Qol: Sənan Qocayev, 75 – Roini İsmayılov, 3.

Hakimlər: Mahir Məmmədov, Rahil Ramazanov, Ruslan Babayev, Bəxtiyar Gözəlov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov 

Tovuz şəhər stadionu

Şüvəlan - MOİK 0:1
Qol
: Raul Yaqubzadə, 25.

Hakimlər: Ziya Nəsirov, Yaşar Abbasov, Nahid Əliyev, Ramiz Məhərrəmov

Hakim-inspektor: Vaqif Ayvazov

AFFA nümayəndəsi: Feyzulla Feyzullayev 

Bakı. “AZAL Arena”

Səbail-2 - Ağsu 2:1
Qol
: Emil Həsənzadə, 22-pen. Xəzər Mahmudov, 79 – Elnur Səmədov, 83-pen.

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Pərvin Talıbov, Rəsul Babayev

Hakim-inspektor: Ülviyyə Mustafayeva

AFFA nümayəndəsi: Rüfət Əliyev 

Bakı. “Bayıl Arena”