Britaniyanın ən yaşlı futbol hakimi vəfat edib


İdman 28 Sen 2018 18:47:00 270 0

Britaniyanın ən yaşlı futbol hakimi vəfat edib

İngiltərəli sabiq futbol hakimi Uilyam Hardi vəfat edib. Goal.az xəbər verir ki, 88 yaşına kimi işləyən referi 92-ci doğum gününə iki gün qalmış - çərşənbə günü dünyasını dəyişib.

Qeyd edək ki, Uilyam Hardi 1959-cı ildən hakimliyə başlayıb və 2015-2016 mövsümündə karyerasını başa vurub. O, 3000-dən artıq oyun idarə edib. U.Hardi 2013-cü ildə futbola xidmətə görə, 2014-cü ildə isə "Britaniya İmperiyası" medalı ilə təltif olunub.