Bakıda gecə klubunda 2 nəfəri bıçaqlayan şəxs məhkəmədə həbs edildi


Digərləri 28 Sen 2018 18:44:00 257 0

Bakıda gecə klubunda 2 nəfəri bıçaqlayan şəxs məhkəmədə həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və dövlət ittihamçısı M.Sərxanbəyovun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək həbs edilməsi barədə vəsatət qaldırıb.

Məhkəmənin qərarı ilə M.Sərxanbəyov məhkəmə zalından həbs olunub.

Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.