Nəsimi Festivalı: Azərbaycan Xalça Muzeyində Vətənə qaytarılan qədim xalçaların təqdimatı keçirilib (FOTO)
Digərləri 28 Sen 2018 18:36:00 331 0
Azərbaycan Xalça Muzeyində Vətənə qaytarılan qədim xalçaların təqdimatı keçirilib.
Bakı. Cani Babayeva -
Sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid “Naxçıvan” və XIX əsrə aid Qubanın “Hacıqayıb” xalçalarının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təşkil olunub.
Hər iki xalça Azərbaycan Xalça Muzeyinin “Nadir Azərbaycan xalça nümunələrinin tarixi Vətəninə qaytarılması” layihəsi çərçivəsində muzeyə hədiyyə olunub.
XVII əsrə aid “Naxçıvan” xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib. Bu xalçanın ara sahəsi mücərrəd formalı “Çələbi” gölü və iri həcmli palmetta elementləri ilə bəzədilib. Naxışlarda ağ, qızılı, göy və digər rənglərin harmonik vəhdəti kompozisiyaya xüsusi gözəllik verir. Xalçanın iri ölçüsü, yüksək peşakarlıqla yaradılmış kompozisiyası və rənglərin harmoniyası onun böyük karxanalarda xüsusi sifarişlə toxunduğunu sübut edir.
Mənbə: az.trend.az