Təhsil naziri “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzaladı


Digərləri 28 Sen 2018 18:11:00 262 0

Təhsil naziri “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov "Rus dilinin intensiv tədrisi" layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb. 

Son.az Report-a istinadən xəbər verir ki, əmrə əsasən, Azərbaycanın 50 - Bakı şəhəri 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2, Şəki şəhəri 5, Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək. 

Təsdiq olunan tədris planına dair qeydlərə əsasən, I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə "Rus dili"nin intensiv tədrisinə verilib.

V-VII (beşinci-yeddinci) siniflərdə "İkinci xarici dil"ə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, IX (doqquzuncu) sinifdə "İkinci xarici dil"ə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə "Rus dili"nin intensiv tədrisinə verilib.

VIII sinifdə "İkinci xarici dil"ə ayrılmış 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə "Rus dili"nin intensiv tədrisinə verilib.