BDU Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb


Digərləri 28 Sen 2018 18:16:38 264 0

BDU Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

Abel Məhərrəmov Rusiyanın Həştərxan Dövlət Universitetinin rektoru ilə görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiyanın Həştərxan Dövlət Universitetinin (HDU) rektoru, professor Konstantin Markelov və həmin universitetin Siyasi elmlər və Beynəlxalq Münasibətlər Departamentinin direktoru, professor Rafik Usmanov ilə görüşüb. BDU-dan Trend-ə verilən məlumata görə, qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən akademik A.Məhərrəmov Azərbaycanda son illər ərzində bütün sahələrdə, həmçinin təhsil sferasında yüksək nailliyyətlərin əldə olunmasından bəhs edib. Rektor BDU-nun beynəlxalq əlaqələrindən, Rusiyanın bir çox universitetləri ilə uğurlu əməkdaşlıqdan danışıb, HDU ilə birgə layihələrin genişləndirilməsinin önəmini vurğulayıb. Professor K.Markelov öz növbəsində, 100 illik yubileyi ərəfəsində olan bu ali təhsil ocağında xoş qarşılanmaya görə rektora təşəkkür edib. Azərbaycanın Rusiya, o cümlədən Həştərxan regionu ilə səmərəli əlaqələrinin olduğunu qeyd edib, təmsil etdiyi universitetin BDU ilə fundamental elmlər sahəsində mövcud əməkdaşlıq əlaqələrini humanitar elmlər üzrə genişləndirməkdə maraqlı olduqlarını söyləyib.