Nazirliyin Şirvanda baş verən yanğınla bağlı MƏLUMATI


Digərləri 28 Sen 2018 18:08:00 323 0

Nazirliyin Şirvanda baş verən yanğınla bağlı MƏLUMATI

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Araz" zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.