Qattuzo: "Səhvlərimiz var, bunların üzərində işləməliyik"


İdman 28 Sen 2018 18:02:00 305 0

Qattuzo: "Səhvlərimiz var, bunların üzərində işləməliyik"

“Milan”ın baş məşqçisi Cennaro Qattuzo İtaliya A Seriyasında “Empoli” ilə səfərdə 1:1 heç-heçə etdikləri oyundan sonra mətbuat konfransnda iştirak edib.  Goal.az xəbər verir ki, gənc mütəxəsis “Milan”ın hazırkı heyəti ilə böyük komanda olmadığını deyib:

“Çoxlu qol imkanlarımız oldu, lakin bundan yararlana bilmədik. Ciddi bir səhv etdik və bu bizə baha başa gəldi. Komanda olaraq Qonsalo Hiquainsiz yaxşı oyun sərgilədiyimizi düşünürəm.

Səhvlərimiz var, bunların üzərində işləməliyik. “Milan” hazırkı heyəti ilə böyük komanda deyil. Lakin çox çalışacağıq və yaxşı nəticələr əldə edəcəyik”.

“Milan” A Seriyasında 6 turdan sonra 6 xalla 14-cü sırada yer alıb.