Almaniyada azərbaycanlıların koordinasiya şurası yaradılır


Digərləri 28 Sen 2018 18:05:00 264 0

Almaniyada azərbaycanlıların koordinasiya şurası yaradılır

Almaniyada yaşayan azərbaycanlılar “Almaniya Azərbaycanlıları Koordinasiya Şurası” yaradır.

Bakı. Almaniyada yaşayan azərbaycanlılar “Almaniya Azərbaycanlıları Koordinasiya Şurası” yaradır. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır: "Soydaşlarımız da hesab edir ki, artıq, dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə, özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının “....Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir” fikirlərini diaspor təşkilatları və soydaşlarımız qarşıya qoyulan zərurət kimi qəbul edirlər.