Azərbaycanlı “qatillər”in Rusiyada ürəkparçalayan hekayəsi


Kriminal 28 Sen 2018 17:56:00 243 0

Azərbaycanlı “qatillər”in Rusiyada ürəkparçalayan hekayəsi

Bu günlərdə Rusiya KİV-də Rusiya İstintaq Komitəsi Orenburqdan olan biznesmenin və birinci sinif şagirdi oğlunun öldürülməsinin açılması ilə bağlı məlumat yayımladı, daha sonra isə şübhəli şəxslər azadlığa buraxıldı. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu məqalədə oxucular Orenburqda baş verən dəhşətli cinayətdən, qatil kimi təqdim olunan iki əmioğlunun taleyindən və sonda onların azadlığa buraxılması haqqında məlumat əldə edəcəklər. 

QƏTL

2018-ci il yanvarın 17-də Orenburqda dəhşətli qətl törədilib. "Land Cruiser" markalı ağ cipdə 35 yaşlı biznesmen (17 bıçaq yarası) və onun azyaşlı oğlunun (15 bıçaq yarası) cəsədi aşkarlanıb. 

Qətlin ilk günlərində şahidlərin ifadələrinə əsasən, polis "Priora" markalı qara avtomobilin axtarışına başlayıb. Bundan sonra cipin arxa oturacağındakı qırmızı kanistr və başqa materialların araşdırılmasına başlanılıb. Bir sözlə, uzun müddət polis bu işlə bağlı heç bir dəlil aşkar etməyib.

CİNAYƏTKARLAR TAPILDI

Uzun müddətdən sonra, daha dəqiq desək, martın 9-da "Oren-TV" "Telegram" kanalında cinayətkarın saxlanılması ilə bağlı məlumat yayımlanıb. 

Onlar Orenburq vilayətinin Abdulinsk rayon sakinləri Müşfiq Quliyev, əmisi oğlanları Ramin Şahmarov və Müşfiq Şıxalıyev olub. 

İŞGƏNCƏ

Daha sonra baş verənlər isə heç bir mənəvi çərçivəyə sığmır. 

Qardaşları Müşfiq Quliyevin ifadəsindən sonra həbs etdilər:

"Mən orada baş verən hər şeyi görmüşəm, amma bunu edən mən deyiləm. Mən onlarla orada olmuşam. Digər iki şübhəli cipin sürücüsü ilə dalaşdılar. Mən bıçağın çıxarıldığını gördüm. Daha sonra uşaq maşından düşdü. Şübhəlilərdən biri onu avtomobilə saldı. İçəridə nə baş verdiyini bilmədim". 

Proses zaman üzləşdirmə keçirilib. Qardaşlar "Quran"a əl basaraq, yalan danışmayacağını bildiriblər. Ancaq Quliyev bundan imtina edib. Bu, onun ifadəsi ilə bağlı şübhələr yaradıb.

Qardaşların hadisə vaxtı başqa şəhərdə olması ilə bağlı kifayət qədər sübut olsa da, polis "işi"ni davam etdirirdi. 

Qardaşlara işgəncə verdilər, döydülər, alçaltdılar...

"Döyürdülər. Başıma sellofan torba keçirmişdilər və oksigenim çatmırdı. Üç-dörd dəfədən sonra huşumu itirdim. Onlar mənim öləcəyimdən qorxdular. Yerə sərildim", - Şahmarov deyib.

Eyni vaxtda istintaq komitəsinin əməkdaşları onun əmisi oğluna da eyni işgəncələr verirdilər. 


Xəbərə aid fotolar