UEFA Belarus Futbol Federasiyasını cəzalandırıb


İdman 28 Sen 2018 17:23:00 229 0

UEFA Belarus Futbol Federasiyasını cəzalandırıb

 UEFA Belarus Futbol Federasiyasını (ABFF) 3 min avro məbləğində cərimələyib. Goal.az xəbər verir ki, səbəb azarkeşlərin Millətlər Liqasının II turunda Moldova ilə səfər matçı zamanı pirotexniki vasitələrdən istifadə etməsidir.

Bununla əlaqədar yerli federasiya oktyabrın 12-də Lüksemburq, oktyabrın 15-də Moldova ilə keçirəcəkləri ev oyunları zamanı azarkeşlərdən qaydaları pozmamalarını və ictimai asayişə əməl etmələrini istəyib.  

Qeyd edək ki, D Liqasının II qurupunda keçirilmiş Moldova - Belarus matçı qolsuz bərabərliklə başa çatıb.