Belçika səfiri ADU-da olub


Digərləri 28 Sen 2018 17:45:00 309 0

Belçika səfiri ADU-da olub

Belçikanın Azərbaycandakı səfiri Bert Şufsun Azərbaycan Dillər Universitetinin fransız dilli müəllim və tələbələri ilə görüşü keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Fransa məlumat mərkəzinin təşkilatçılığı ilə “Səfir saatı” layihəsi çərçivəsində Belçikanın Azərbaycandakı səfiri Bert Şufsun Azərbaycan Dillər Universitetinin fransız dilli müəllim və tələbələri ilə görüşü keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbir zamanı “Belçika və Azərbaycanda gənclik, cəmiyyət və yeni tendensiyalar” mövzusunda mühazirə deyən səfir Azərbaycanda və Belçikada gənclərin yaşayış tərzindən, gündəlik fəaliyyətlərindən, müasir texnologiyanın gənclərin həyatına mənfi və müsbət təsirlərindən, sosial təminatdan, Erasmus+ proqramından, Belçikada təhsil imkanlarının genişliyindən, gənclərin cəmiyyətdə rolundan və digər mövzulardan danışıb.