Hindistanlı Şakir Bakıda 10 il iş aldı, ağladı...


Digərləri 28 Sen 2018 17:20:00 287 0

Hindistanlı Şakir Bakıda 10 il iş aldı, ağladı...

Yüzdən çox hindistanlını, pakistanlını Bakıda işlə təmin etmək, təhsil adıyla gətirdib onların pulunu mənimsəməkdə suçlanan üç hindistanlıya və bir pakistanlıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, onlara üst-üstə  36 il həbs cəzası verilib. Cəzalandırılan dörd nəfərdən üçü - Məhəmməd Şakir, Alimuddin Şeyx və Alla RakhaHindistan, Sacid Fraz isə Pakistan vətəndaşıdır.

Sentyabrın 27-də çıxarılmış hökmə əsasən, M.Şakir 10 il, A.Şeyx və A.Rakhanın hər biri 9 il, S.Fraz isə 8 il azadlıqdan məhrum edilib.

İttihama əsasən Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan müəssisələrində yüksək əməkhaqqı ilə işçi axtarılması, həmçinin, Bakıda ali məktəblərdə təhsil almaq imkanları barədə təbliğat aparılıb. İş axtaran, təhsil almaq istəyən əcnəbilərin konsaltinq şirkətlərinə ödədikləri 1200-4600 dollar arası vəsaitlər mənimsənilib. Bəziləri isə pulu özləri ilə Bakıya gətirib, burada nağd şəkildə veriblər. Onlardan alınmış ümumi məbləğin 250 min manata yaxın olduğu bildirilir.

Onlar Bakıya turist vizasıyla gətirilib. Bakı aeroportunda qarşılanandan sonra Maştağa, Ramanı və Balaxanı qəsəbələrində yerləşən fərdi yaşayış evlərinə aparılıblar. Bir müddət sonra gətirilən adamların vizasının müddəti bitib və Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılıblar. Onda məlum olub ki, saxlanılan əcnəbilər əslində, Bakıya iş və təhsil adıyla gəliblər.


Xəbərə aid foto