"Tubzon"da qeyriinsani işgəncələrin tükürpədici təfərrüatı


Dünya 28 Sen 2018 16:45:00 270 0

"Tubzon"da qeyriinsani işgəncələrin tükürpədici təfərrüatı

Rusiyanın Omsk şəhərində yerləşən, vərəmli məhbusların saxlanılması üçün nəzərdə tutulan müalicə-islah əmək düşərgəsində məhbuslara verilən sistemli və tükürpədici işgəncələri təfərrüatları üzə çıxıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məhbusların danışdıqlarına istinadən "MBX Media" portalı və digər Rusiya KİV-ləri yazır.

Bildirilir ki, dustaqlar əvvəlcə cəzaçəkmə müəssisəsində onlara verilən qeyri-insani işgəncə faktları barədə vəkil Mariya Eysmonta məlumat veriblər. Məhkumların dediklərindən belə məlum olub ki, yerli mətbuatda  baş verənlərlə bağlı bir sıra məlumatlar yer almasına baxmayaraq Rusiyada cəzaların icrasına nəzarət üzrə Federal Xidmətin (FSİN) əməkdaşları tərəfindən onlra olunan vəhşiliklər bu günə kimi də  davam etməkdədir.

10 saylı Cəzaçəkmə Müəssisəsinin keşmiş məhkumlarından biri saxlanma şəraiti ilə bağlı şikayət etdikdən sonra on nəfər dustaqla bərabər 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüklərini və orada uzun müddət işgəncəyə məruz qaldıqlarını bildirib. Məhkum 2013-cü ildə həbs olunduğunu, həmin vaxtdan 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini vurğulayıb. Saxlanma şəraitindən, keyfiyyətsiz yeməklərdən, kamerda onlarla birlikdə  açıq formalı vərəmli xəstələrin saxlanılmasından narazı qalan məhkumlar 2015-ci ilin avqustunda baş prokurorluğa şikayət məktubu göndəriblər. Məktubu dustaqlardan biri öz həyat yoldaşının telefonuna göndərib ki, onu lazımi instansiyalara çatdıra bilsin.

Məhkumların baş prokurorluğa müraciətindən sonra cəzaçəkmə müəssinə gələn prokuror onlardan şikayətlərini geri götürmək istəyib-istəmədiklərini soruşub. Dustaqlar isə şikayəti geri görüməkdən imtina ediblər. Belə olan təqdirdə sentyabrın 1-də səhər saatlarında  prokurorluğa şikayət məktubu göndərən 11 dustaq 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Ora çatar-çatmaz məhbuslar ağlasığmaz işgəncələrə məruz qalıblar.

Baş verənlər haqda vəkil Mariya Eysmonta danışan məhkumlardan biri həmin günü məhz bu cür xatırlayır: "Birdən-birə döyməyə başladılar, boynumdan, böyrəklərimdən  vururdular. Əyilmiş vəziyyətdə döşəmədə gəzməyi, başımızı yuxarı qaldırmamağı, yalnız yerə baxmağı əmr edirdilər. Sonra soyunmağa məcbur etdilər. Bir gün axşama kimi bizi çılpaq vəziyyətdə ac-susuz saxladılar, ayaqyoluna getməyə qoymadılar. Sonradan bir-bir başqa otağa apardılar. Badalaq verib məni yerə yıxdılar, üzüqoylu döşəməyə sərildim. Heç kimi görməyim deyə mələfə ilə gözlərimi bağlamışdılar. Mənə yaxınlaşıb "səni zorlamaq lazımdır, şikayət məktubu yazmağı bu qədər çoxmu sevirsən?" dedilər".

Məhkumun sözlərinə görə, bundan sonra ona dəhşətli işgəncələr verilib: "Düz bağırsağıma məftil soxub cərəyan buraxdılar. O qədər ağrılı idi ki, sanki bütün dişlərimi çəkirdilər. Onlar nəsə qışqırırdılar, amma mən heç nə anlamırdım. Sonra məni arxasıüstə çevirdilər. Biri sinəmin üstündə oturdu, məftili cinsiyyət orqanıma birləşdirdi. Ağrının dəhşətindən var gücümlə bağırırdım. Musiqiyə güclü səs versələr də, bağırtım ətrafa yayılırdı".

Qeyri-insani davranışlarla üzləşən məhkum ona işgəncə verənlərin birini - Şodibek Maxmadbekovu üzdən tanıdığını deyir: "Dustaqlara işgəncə verənlər arasında həmçinin Bəxtiyar Sabircanoviç, Vasiliy Trofimov da vardı. 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbəri Aleksandr Sısenkonun isə bütün bu baş verənlərdən açıq-aydın xəbərdar idi".