Elmi "YENİLİK": Azərbaycanda uşaqlar üçün hazırlanan ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib (FOTO)


Digərləri 28 Sen 2018 16:23:00 271 0

Elmi "YENİLİK": Azərbaycanda uşaqlar üçün hazırlanan ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib (FOTO)

Azərbaycanda uşaqlar üçün çap edilən ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda uşaqlar üçün çap edilən ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib. Trend-in məlumatına görə, hazırda da kitab dükanlarında satılan, 400 səhifəlik “Bunları bilmək istəyirəm!” adlı illüstrasiyalı intellektual ensiklopediya 2013-cü ildə “Turan Evi” nəşriyyatı tərəfindən hazırlanıb. Ensiklopediyanın arxa üzündə isə “Şərq-qərb” nəşriyyatının adı qeyd edilib. Adıçəkilən ensiklopediyada materiklər haqqında belə məlumat verilib: ”Materik böyük quru sahədir. Bizim planetdə cəmi yeddi materik və ya kontinent var: Afrika, Antarktida, Avropa, Asiya, Avstraliya, Cənubi Amerika, Şimali Amerika”. “Şərq-qərb” nəşriyyatından Trend-ə bildirilib ki, onlar bu kitabda yazılan məlumatlara görə məsuliyyət daşımırlar. Çünki onlar yalnız "Turan evi" tərəfindən hazırlanmış vəsaiti nəşriyyatın mətbəəsində nəşr ediblər.