Qalmaqallı “Türkiyə gözəli” danışdı: "Məni çox tənqid etdilər, amma kədərlənmədim"


Digərləri 28 Sen 2018 16:07:00 268 0

Qalmaqallı “Türkiyə gözəli” danışdı: "Məni çox tənqid etdilər, amma kədərlənmədim"

Qalmaqallı "Türkiyə gözəli" Şevval Şahin tacının geri alınması barədə aparılan müzakirələrə reaksiya verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "İki sayfa" proqramına qonaq olaraq estetiksiz fotosunu yayaraq təqnid edənlərə cavab verib:

"Birinci seçildiyim üçün çox xoşbəxtəm. Qalib olacağımı gözləmirdim. Burnum xaric heç bir estetik prosedura əl atmamışam. 17 yaşımda əməliyyat olunmuşam. Bunu heç vaxt gizlətməmişəm. Yayılan fotoda yaşım 13-dür. Məktəb illərində lentə alınıb. Məni çox tənqid etdilər, amma kədərlənmədim.