"Qaydalara məhəl qoyun! Qadağan olunmuş balıq növlərinin..."


Digərləri 28 Sen 2018 15:58:00 258 0

"Qaydalara məhəl qoyun! Qadağan olunmuş balıq növlərinin..."

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qadağan olunmuş balıq növlərinin ovlanmaması üçün balıqçılara müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi Iradə Ibrahimova deyib ki, qanunsuz balıq ovunun qarşısının alınması üçün tədbirlər görülsə də, balıqçıların bioresursların qorunmasına əməl etməsi vacibdir:

"Bəzən balıqçı xırda nərə balığını da tutur və bununla, onsuz da nəsli kəsilməkdə olan nərə balıqlarının tamamilə yox olmasına şərait yaradır. Yaxud da qaydalara məhəl qoymadan, qadağan olunmuş ov alətlərindən istifadə etməklə israfçılıq edir, digər balıq növlərinin də sayının azalmasına səbəb olur. Biz bundan çox narahatıq. Nazirlik tərəfindən bununla bağlı qanuna uyğun tədbirlər görülür, lakin brakonyerliyin tam aradan qaldırılması, tez bir zamanda nəticə əldə olunması üçün birgə mübarizə aparılmasını və hər kəsin bu işdə bizə yardımçı olmasını gözləyirik. Hesab edirik ki, brakonyeri onun yaxınları, qohumları və qonşuları öz qınaqları ilə daha tez düz yola gətirər. Bəzən ictimai qınaq bəzi hüquqi və inzibati tənbehlərdən daha effektli olur".