"Savaşçı"nın aktyorlarının üsyanının əsl səbəbini Kənan M.M AÇIQLADI


Şou-biznes 28 Sen 2018 15:35:00 413 0

"Savaşçı"nın aktyorlarının üsyanının əsl səbəbini Kənan M.M AÇIQLADI

Türkiyənin məşhur "Savaşçı" serialı ilə bağlı gəzən söz-söhbətə filmdə azərbaycanlı zabit obrazını canlandıran rejissor-aktyor Kənan M.M aydınlıq gətirib.

Son.az-a danışan Kənan M.M serial aktyorlarının üsyanının ssenari dəyişikliyi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Bu da azərbaycanlı məşhurun açıqlaması:

"Çəkiliş davam edir, yalan söhbətdir. Ödəmələrdə biraz yubanma olub, bu da ümumi iqtisadi vəziyyətlə bağlıdır. Amma artıq 3-cü seriya çəkilir. 3-cü seriyaya çəkildim, qayıtdım. Çünki, "pasport"umun vaxtı bitir, giriş-çıxış etməliydim. Sabah çəkilişə qayıdacağam, inşallah.