"Mənə kömək edin, yaşamaq istəyirəm"


Digərləri 28 Sen 2018 15:39:00 364 0

"Mənə kömək edin, yaşamaq istəyirəm"

Tanınmış jurnalist Səbuhi Məmmədli müraciət yayıb.

Son.az bildirir ki, jurnalist səhhətindəki ciddi problemlərin çözülməsi üçün Ukraynanın Poltava şəhərində müalicəsinin davam etdirilməsi, ürəyində iki cərrahiyyə əməliyyatının keçirilməsi üçün maddi dəstəyə zərurət duyduğunu vurğulayıb.

S.Məmmədli Facebook səhifəsində yazıb:

"Əziz dostlar, sevgili həmkarlar, məni tanıyanlar. Bildiyiniz kimi, Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirdim. Ölümün bir addımlığında həkimlər tərəfindən xilas edildim. Ürəyimə stent qoyuldu.

Amma həkimlərin dediyinə görə - aşağıdakı şəkildə aydın göstərilib- ürək damarlarımın biri 85, digəri 70 faiz tutulub. Təcili əməliyyata ehtiyac var. Mən oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməliyəm. Daha iki stent qoyulmalı, qaraciyərin müalicəsini davam etdirməliyəm.

Mənim həyatım da məhz bu əməliyyatlardan və müalicədən asılıdır. Amma maddi vəziyyətim bu əməliyyatları keçirməyə imkan vermir. Sizdən bircə xahişim var. Mənə kömək edin, yaşamaq istəyirəm və inanıram ki, bu sizin sayənizdə olacaq. Öncədən təşəkükr edirəm".


Xəbərə aid fotolar