Zirə və Səbail-in futbolçuları Moldova millisində


İdman 28 Sen 2018 15:40:00 306 0

Zirə və Səbail-in futbolçuları Moldova millisində

Topaz Premyer Liqasında mübarizə aparan “Zirə” və “Səbail” klubunun futbolçuları – Aleksandr Dedovla Yevgeni Koçuk Moldova millisinə dəvət alıblar. Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu və 25 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının görüşləri üçün heyətə daxil ediliblər. Moldova yığması oktyabrın 12-də evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla üz-üzə gələcək.

D Liqasında II qrupda yer alan Moldova millisi 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.