İranda 4 terrorçu məhv edildi


Dünya 28 Sen 2018 15:08:00 218 0

İranda 4 terrorçu məhv edildi

İranın cənub-şərq bölgəsində 4 terrorçu zərərsizləşdirilib.

Son.az report-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Qüvvələri Sistan-Bəlucistan vilayətinin Pakistanla sərhəddəki Saravan bölgəsində sərhəd-keçid məntəqəsinə terrorçu qruplaşmanın hücum hazırlığı ilə bağlı məlumat əldə edib. Qabaqlayıcı tədbirlər nəticəsində 4 terrorçu məhv edilib, daha 2 nəfər yaralanıb. 

Qruplaşmanın digər üzvləri isə Pakistana qaçmağa müvəffəq olub.