Bakıda qızının gözü önündə arvadını öldürdü


Digərləri 28 Sen 2018 14:45:00 219 0

Bakıda qızının gözü önündə arvadını öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerində keçinib.