Barcelona-nın müdafiəçisi zədələnib


İdman 28 Sen 2018 14:42:00 280 0

Barcelona-nın müdafiəçisi zədələnib

İspaniya La Liqasının son 2 turunda xal itkiləri ilə üzləşən Barcelona daha bir zərbə alıb. Goal.az xəbər verir ki, katalonların fransız müdafiəçisi Samuel Umtiti zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə 24 yaşlı futbolçunun şənbə günü keçiriləçək Barcelona - Athletic matçında iştirak etməyəcəyi bildirilib.

Umtitinin Barcelona-nın Çempionlar Liqasında Tottenham-ə qarşı keçirəcəyi oyunda iştirakı da sual altındadır.